Gündəm

Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.

Bu barədə məsələ parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Komitənin iş planında Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda iş planında Azərbaycana qarşı Ermənistanın törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insan haqqında, o cümlədən Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərinin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası yanvarın 17-dən başlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button