Dünya
Ermənistanda məzuniyyətdən qayıtmaq istəməyən iki əsgər tutuldu

Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən iki əsgər saxlanılıb.
“Report “ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Əsgərlər A.O. və V.V. məzuniyyətləri bitdikdən sonra xidmət etdikləri hərbi hissələrə qayıtmayıblar.
Oktyabrın 1 -də başlanmış cinayət işi çərçivəsində hər iki əsgər saxlanılıb. Faktla bağlı istintaq davam edir.