Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 250 minə çatır

Ermənistanda daha 657 nəfər COVID-19-a yoluxub.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 249 803-ə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5034-ə yüksəlib.
Koronavirusa yoluxan 233 521 nəfər sağalıb. Hazırda 10 068 pasiyent müalicə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button