Dünya

Ermənistanda koronavirusa yoluxanların müalicəsi pullu ola bilər

“Bu ilin dekabr ayından etibarən peyvənd olunmayan, lakin koronavirusa yoluxmuş vətəndaşların müalicəsi pullu ola bilər”.
“Report” xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan “News.am”a müsahibəsində deyib.
Onun sözlərinə görə, məsələ artıq müzakirə edilib:
“Epidemiya nəzərə alınmaqla vətəndaşların müalicə xərclərini dövlət üzərinə götürüb. Bu vəziyyətdə peyvənd olunmayan, lakin koronavirusa yoluxmuş vətəndaşın müalicəsi xəstənin vəziyyətindən asılı olaraq təxminən 800 min drama (təxminən 1600 ABŞ dolları – red.) başa gələ bilər. Peyvənd olunmuş, lakin yoluxmuş vətəndaşın pulsuz müalicəsi də müzakirə olunur”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button