Dünya

Ermənistanda koronavirus xəstələri üçün çarpayı çatışmır

Ermənistanda koronavirus xəstələrinin yerləşdirilməsi üçün xəstəxanalarda çarpayı çatışmır.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika üzrə yoluxucu və qeyri-yoluxucu xəstəliklər şöbəsinin müdiri Romella Abovyan bildirib.
“Ermənistanda koronavirusla bağlı vəziyyət çox gərgindir”, – şöbə müdiri qeyd edib.
Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma gəncləşib: “Əvvəllər daha çox 3050 yaş qrupu arasında yoluxmaya təsadüf edilirdisə, indi artıq uşaqlar arasında da yoluxma artıb. Yoluxan uşaqlar isə xəstəxanaya yerləşdirilməlidir. Xəstəxanalar yüklənib, çarpayılar tükənib. Çox ağır xəstələr var, vəziyyət acınacaqlıdır”.
Qeyd edək ki, oktyabrın 13-nə olan məlumata əsasən, Ermənistanda son sutkada 1 271 nəfər koronavirusa yoluxub, 28 nəfər isə bu virusdan ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button