Siyasət

Ermənistanda anti-Rusiya siyasəti güclənir – Ermənilər Kremldən asılılığı tamam qoparmaq istəyirlər

Ermənistanda Rusiya əleyhinə təbliğat kampaniyası geniş vüsət alır.

Savash.org xəbər verir ki, son on ildə Ermənistanda antirusiya ovqatı artmaqda olması diqqətlərdən yayınmamışdı. II Qarabağ mühaibəsindəki ağır məlğlubiyyət bu prosesi bir neçə dəfə sürətləndirdi.

Siyasi dairələr, Paşinyana müxalif şəxslər, hətta zaman-zaman Paşinyan özü də məğlubiyyətin əsas səbəbkarlarından biri kimi Rusiyanı gösətrir.

Xalq isə daha çox Rusiyanı onlara dəstək olmamaqda günahlandırır. Hətta müharibə dövründə qismən sonrakı dövrdə keçirilən mitinqlərdə bu fikirlər açıq şəkildə səslənirdi.

Bu gün isə Ermənistanda hakimiyyətə gəlmək istəyən müxalifət də antirusiya açıqlamalarını açıq şəkildə səsləndirir.

Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan Yerevanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib və Rusiyanın Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirir:

“Heç birimiz 9 noyabrda imzalanan üçtərəfli bəyanatla razı deyilik. Lakin biz bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında bizə lazım olmayan və hazır olmadığımız müharibə dayanır. Zəngəzurdan keçməli olan yollara, Ermənistandakı bütün yollara yalnız və yalnız Ermənistan Respublikası tərəfindən nəzarət olunmalıdır. Heç bir başqa ölkənin bizim yollarımıza nəzarət etmək hüququ yoxdur”.

Yeni namizədin açıqlamarıdan görünür ki, onlar Rusiyadan aslılığı tamam qoparmaq istəyirlər.

Bu gün Ermənistanda antirusiya siyasətinin özünü biruzə verməsi bir günün məhsulu deyil. Müharibə dövründə, Paşinyan ilk hakimiyyətə gələn zaman, ondan əvvəlki dövrlərdə Ermənistandan antirusiya toxumları səpilmişdir. (Trend)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button