Dünya

Ermənistanda ağır yol qəzası olub, 6 nəfər ölüb, 9 nəfər yaralanıb

Ermənistanda ağır yol qəzası baş verib.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə Araqatsotn bölgəsinin Kakavadzor kəndi yaxınlığında qeydə alınıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrliyində “QAZel” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button