Dünya

Ermənistanda 1,7 milyon dollarlıq yeraltı sərvət mənimsənilib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti yeraltı sərvətlərin istifadəsi sahəsində sui-istifadə hallarını aşkarlayıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, 2012-2019-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkət Kotayk əyalətinin Zoravar icması ərazisində yeraltı istifadə icazəsi və digər sənədlər olmadan qanunsuz olaraq qazıntılar həyata keçirib.
Nəticədə 250 min kubluq qanunsuz bazaltın hasilatı həyata keçirilib. Dövlətə 816,5 milyon dram ( 1,7 milyon ABŞ dollarından çox-red) məbləğində vergilər və başqa öd’mələr həyata keçirilməyib.
Fakt üzrə cinayət işi qaldırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button