Dünya

Ermənistan XİN Çavuşoğlunun cəsarətli olmağa dair çağırışı ilə razıdır

Erməni tərəfi cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cəsarətli addımların atılmasının vacibliyinə dair fikrinə münasibət bildirərkən deyib.

XİN rəsmisi qeyd edib ki, Ermənistanla Türkiyə arasında aviauçuşların bərpası mühüm ikitərəfli addım olub.

XİN sözçüsü Ermənistan xarici işlər nazirinin Antalya Diplomatiya Forumunda iştirakını da xatırladıb.

“Biz əminik ki, irəliyə doğru yeganə yol ardıcıl aydın addımlar atmaqdır”, – o vurğulayıb.

XİN rəsmisi vurğulayıb ki, Ermənistan Türkiyəyə birinci mərhələdə diplomatik pasport sahibləri üçün quru sərhədinin açılmasını təklif edib: “Düşünürük ki, bu, kiçik, lakin məzmunlu, ən önəmlisi isə məntiqli addım olacaq. Ümid edirik ki, bu məsələdə nəticə əldə etmək mümkün olacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button