GündəmManşet

Ermənistan tərəfi təsdiqləyir: “Vəziyyət olduqca ağırdır, itkilərimiz var, 2 mövqe əldən verildi” – yenilənib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin Laçın istiqamətində, Qızıltəpə dağı istiqamətində gedən döyüşlərdə ağır itkilər verdiklərini təsdiq ediblər. Nazirlikdən verilən məlumatda deyilir ki, saat 16.00-a olan məlumata görə erməni tərəfi üçün vəziyyət “olduqca ağırdır, itkilər var, 2 döyüş mövqeyi əldən verilib”.

***

Erməni KİV-ləri Azərbaycanla sərhəddə gedən ağır döyüşlərdə Ermənistan ordusunun ağır itkilər verdiyini yazır. “Armtimes.com” saytının yazdığına görə erməni tərəfi indiyədək 10 hərbçi itirib, 6 hərbçi yaralanıb, 6 erməni hərbçisi əsir götürülüb, habelə erməni tərəfi 2 döyüş postunu əldən verib.

 

***

Ermənistanın “General News” nəşri ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, davam edən döyüşlər zamanı 6 erməni hərbçisi əsir götürülüb. Məlumatı “Hraparak” nəşri də təsdiqləyir.

Qəzetin yazdığına görə, Qərbi Zəngəzurda vəziyyət gərgin olaraq qalır.

Eyni zamanda Azərbaycan və Ermənistanın hərbi mənbələrindən verilən məlumata görə, Ermənistan ordusu şəxsi heyətdə xeyli itki verir. Mənbələr 30-a yaxın erməni əsgərinin öldürüldüyünü, 50-dən çoxunun isə yaralandığını bildirir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button