Siyasət

Ermənistan Qarabağın müstəqilliyini tanımağa hazırdırmı? – Aram Babacanyan

“Rusiya tərəfi “Artsax”ın müstəqilliyini tanımağa hazır olmadığını açıq şəkildə bildirdi və bu məsələnin həllini ATƏT-in Minsk qrupu formatına keçirdi. İndi Ermənistan xaricdən cavab gözləməkdə davam edir. Çünki bir çox sualın dəqiqləşdirilməsinə ehtiyac var”.

Savash.org xəbər verir ki, bu sözləri “Verelq.am” nəşrinə müsahibəsində deputat Arman Babacanyan deyib. O xatırladıb ki, Azərbaycan Prezidenti “Artsax Respublikası”nın mövcud olmadığını bildirib. Reallıq mahiyyətcə bu mövqe ilə razılaşmağı diqtə edir. Çünki ATƏT-in Minsk Qrupunun da “Artsax”ın statusu ilə bağlı fikirlərini başa düşmək çox çətindir. Qeyri-müəyyənlik dağıdıcıdır, uzun davam edə bilməz.

Ona görə də heç olmasa özümüz bir qətnamə qəbul edək. Lakin əvvəlcə vacib bir suala cavab verməliyik: Ermənistan siyasi məsuliyyəti öz üzərinə götürməyə hazırdırmı?”



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button