Siyasət

Ermənistan Qarabağda revanşa hazırlaşır? – Rusiyalı ekspertdən PROQNOZ

Rusiya Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi, Qafqaz üzrə ekspert Vadim Muxanov Qarabağda yaranmış situasiyaya toxunub.

Savash.org xəbər verir ki, ekspert Qarabağda yaxın dövrdə sülhün davamlı olacağını düşünür. Onun fikrincə, Azərbaycan azad edilmiş ərazilərdə infrastuktur qurmaq üçün vaxta ehtiyac duyur. Digər tərəfdən, müharibəni uduzmuş Ermənistan hərbi potensialını itirib.

“Razılaşma icra olunur. Atəşkəs rejimi pozulmur. Yaxın perspektivdə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli razılaşması icra olunacaq. Azərbaycan işğaldan azad olunmuş böyük ərazilərlə bağlı məsələləri həll etməlidir. Buraya məcburi köçkün məsələsi və s. daxildir”.

Muxanov Ermənistanın durumunu da təsvir edib.

“Razılaşma təbii ki, Ermənistanı qane etmir. Amma onun revanş üçün nə hərbi resursları, nə də imkanları var. Qarabağ məğlubiyyətinə görə, Ermənistanda ciddi daxili problemlər yaşanır. İlk növbədə bu problemlərin həll olunması önə çıxıb. Paşinyan və komandası üçün əsas hədəf hakimiyyətdə qalmaqdır”.

Modern.az-ən yazdığına görə, ekspert gələn ildən başlayaraq, münaqişə bölgəsində hərbi gərginliyin artacağını istisna etməyib.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button