Dünya

Ermənistan koronavirus testlərinin çatışmazlığı ilə üzləşə bilər

Ermənistan koronavirus testlərinin çatışmazlığı ilə üzləşə bilər.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkədə tətbiq olunan yeni məhdudiyyətlərlə bağlıdır.
Yeni qaydalara görə, işləyən vətəndaşlar peyvənd olunmalı və ya ayda 2 dəfə PCR-test təqdim etməlidirlər, nəticədə test vermək istəyənlər sayında kəskin artım qeydə alınıb.
“İdxalçılardan biri çatışmazlığın artıq indidən müşahidə olunduğunu və test qiymətinin yenidən 20 min dramadək (təxminən, 50 ABŞ dolları) bahalacağının istisna olunmadığını bildirib. Hökumətin bu problemin həllinə müdaxilə edib-etməyəcəyini demək çətindir, çünki onun üçün peyvəndləmə daha prioritet məsələdir”, – nəşr yazıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button