Gündəm

“Ermənistan hərbi-siyasi təxribata əl atır”- Azərbaycanın Rusiyadakı Səfirliyi

“Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button