Dünya

Ermənistan Baş nazirinin müavini Azərbaycanla sərhədin müəyyənləşdirilməsini dəstəkləyib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlamağının tərəfdarı olduğunu bildirib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli ilə bağlı açıqlamasına cavabında deyib.
Qeyd edək ki, Mariya Zaxarova Gorus-Qafan avtomobil yolundakı vəziyyətdən danışarkən Ermənistanla Azərbaycan sərhədində delmitasiya və demarkasiya prosesinin başlamasının vacibliyini vurğulamışdı.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button