ManşetSiyasət

Ermənistan Azərbaycanla sərhədlərin 1920-ci il xəritələri əsasında dəqiqləşdirilməsinə hazırdır-Armen Qriqoryan

Ermənistan hökuməti sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar prosesinə hazırdır, Azərbaycan hakimiyyətindən siqnal gözləyir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün hökumətin iclasından sonra jurnalistlərə belə deyib.

“Biz delimitasiya və demarkasiya prosesinə başlamağa hazırıq, işçi qrupunun bütün təkliflərini müzakirə etməyə hazırıq və Azərbaycan tərəfindən müsbət siqnallar gözləyirik. Belə görünür ki, deyəsən sentyabrda onlar BMT-də belə bəyanat vermişdilər, amma biz bu məsələ ilə bağlı irəliyə getməmişik”,-Qriqoryan bildirib.

 

 

Təhlükəsizlik Şurasının katibi sərhədlərin hansı xəritələr əsasında müəyyən edilməli olduğuna dair məsələnin hələ aydınlaşmadığını deyib. “Belə xəritələr hazırda dövriyyədə yoxdur. Üçtərəfli işçi qrupu prosesə necə başlamağı müzakirə edir. Biz hansısa aydınlıq olanda ictimaiyyəti məlumatlandıracağıq”,-Qriqoryan belə deyib.

O qeyd edib ki, Ermənistan sərhədlərin 1920-ci il xəritələri əsasında dəqiqləşdirilməli olduğunu düşünür və bu xəritələrin erməni tərəfinin maraqlarına ziyan vurduğu haqda rəyləri bölüşmür. “Həmin dövrün xəritələri hüquqi qüvvəsi olan yeganə xəritələrdir”,-Qriqoryan bildirib.

 

Xatırladaq ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasındakı sərhədlərin delimitasiya və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında saxlanılan sovet hərbi xəritələri əsasında aparılmalı olduğunu deyib. Putin bildirib ki, bu proses ancaq Rusiyanın iştirakı ilə aparıla bilər və hansısa digər  tərəfə ehtiyac yoxdur. Çünki sərhədlərin delimitasiyası və demarkasiyasına imkan verən xəritələr ancaq Rusiya Baş qərargahındadır (virtualaz.org).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button