Gündəm

Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb

Qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda “Azərcell” əməkdaşına atəş açıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.

Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button