Siyasət

Ermənilərdən həyasızlıq: Dağlıq Qarabağda yeni hökumət qurmaq istəyirlər

Qarabağdakı separatçılar yeni hökumət qurmağa hazırlaşır. Savash.org erməni KİV-inə istinadən xəbər verir ki, “Milli Dirçəliş” partiyasının sədri Ayk Xanumyan təzyiqlərə sinə gərmək üçün Qarabağda yeni hökumətin qurulmasının vacibliyindən danışıb.

Bundan əvvəl məlumat yayılmışdı ki, Ayk Xanumyana vəzifə verilib. Lakin partiya sədri deyib ki, məlumat təhrif olunub. Onun sözlərinə görə, əslində siyasi qüvvələrlə yeni hökumətin qurulması istiqamətində danışıqlar aparılır. “Araik Arutyunyanın da iştirak etdiyi danışıqlar bitdikdən sonra hansı siyası qüvvənin bu məsuliyyəti üzərinə götürəcəyi bəlli olacaq. Danışıqlarda Araik Arutyunyan da iştirak edir. Yeni hökumət qurulacağı təqdirdə biz məsuliyyəti öz üzərimizə götürməyə hazırırq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, yeni hakimiyyət formalaşması prosesində Araik Arutyunyanın istefası zərurət deyil. “DQR”in “konstitusiyası”na görə “prezident” seçildiyi vaxtdan 1 il sonra istefa verə bilər. Bu halda Araik Arutyunyanın 2021-ci ilin mayına qədər vaxtı var.

Xanumyan deyib ki, Araik Arutyunyan istefa verəcəyi təqdirdə isə “parlament” də buraxılmalıdır.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button