GündəmManşet

Erməni terrorçu Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb

Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atıb. Hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb. Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.

Yeri gəlmişkən, artıq erməni KİV-ləri terrorçunun guya bu yaxınlarda öldürülən “santexnik” Martik Yeremyanın qardaşı olması haqda saxta məlumatlar yaymağa  başlayıblar. (Ria-Novosti).

Erməni terrorçunu Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları həbs ediblər. Bu kadrlar erməni saytlarında da yayılmaqdadır. “Aysor” agentliyi tərəfindən yayımlanan videoda əli qandallı terrorçunun Rusiya sülhməramlı kontingentinin maşınına mindirilməsi əks olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button