İdman

Erməni idmançı Olimpiadadan qovulub

Tokio-2020 Yay Olimpiya Oyunlarında erməni əsilli Gürcüstan atleti Benik Abramyan yarışdan kənarlaşdırılıb.
Apasport.az saytının məlumatına görə, nüvə itələmədə qüvvəsini sınayan idmançı dopinq səbəbindən cəzalanıb.
O, antidopinq qaydalarını pozması üzündən Olimpiadadan qovulub.
Bunu Beynəlxalq Dopinq Testləşdirmə Agentliyinin (İTA) mətbuat xidməti açıqlayıb. Bildirilib ki, Abramyanın iyulun 31-də verdiyi A probunda deqidroxlormetil-testosteron, metandienon və tamoksifen aşkarlanıb. İdmançı B probunun yoxlanılmasını tələb etmək hüququna malikdir.
Qeyd edək ki, kişilərin nüvə itələmə yarışı bu gün start götürür.
 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button