İdman

Erməni boksçu rinqdə aldığı zərbədən ölüb

Rusiyanın Tolyatti şəhərində keçirilmiş “Rinqin kralları” adlı boks turnirində ölüm hadisəsi baş verib. 76 kq çəki dərəcəsində erməni əsilli idmançı Arest Saakyan İqor Semerninlə qarşılaşmada aldığı zərbədən komaya düşərək, 10 gündən sonra ölüb.

Səkkizinci raundda yerə sərilən Saakyan xəstəxanaya çatdırılıb. Ona baş beyninin axıntısı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, erməni boksçu sağalmayıb.

Hadisə ilə əlaqədar Rusiya Boks Federasiyası prokurorluğa müraciət edib. Müraciətdə tibbi xidmətin işini yerinə yetirmə səviyyəsinin və turnirin keyfiyyətinin yoxlanılması xahiş olunub. (Report)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button