İdman

Erlinq Holann “Borussiya”nın tarixinə düşüb

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.

21 yaşlı hücumçu buna “Qröyter Fürt”u 3:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın XVI tur oyununda nail olub.

Qarşılaşmada dubla imza atan norveçli forvard Dortmund təmsilçisində 2021-ci ildə 29-30-cu qollarını vurub. Beləliklə, Holann bir il ərzində klubunda ən çox fərqlənən oyunçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm 9 matçda 13 qola imza atıb. O, zədə səbəbindən bir neçə oyunu buraxmalı olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button