İqtisadiyyat

“Equinor” Avropaya qaz tədarükünü artıracaq

Norveçin “Equinor” neft və qaz şirkəti oktyabr ayından hazırda “mavi yanacaq”ın defisitin yer aldığı Avropa bazarına qaz ixracını artıracaq.
“APA-Economics”in “Equinor”a istinadən verdiyi məlumata görə, iki yataqda qaz hasilatının artırılması hesabına şirkət Avropa bazarına əlavə 2 mlrd. kubmetr qaz tədarük edəcək.
Məlumata görə, Norveç 2020-ci ildə əsasən digər Avropa ölkələrinə təxminən 112 mlrd. kubmetr qaz ixrac edib. Norveç qazı Avropa İttifaqının qaza olan tələbatının 20-25%-ni təmin edir.
“”Equinor” və tərəfdaşları tələbin təklifi üstələdiyi Avropa bazarına tədarükünü təmin etmək üçün Norveç kontinental şelfində iki yataqdan qaz ixracatını artırmaq üçün icazə alıblar”, – məlumatda qeyd edilir.
Xatırladaq ki, “Equinor” Azərbaycanda da təmsil olunur. Şirkət SOCAR-la “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətində əməkdaşlıq edir. Bununla yanaşı, şirkətlər “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənilməsi layihəsində də iştirak payına malikdir (7,27%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button