İqtisadiyyat

“Embawood” 25 illiyini qeyd edir

Hər bir evdə uyğun şəraitin təmin edilməsi prosesi düzgün mebel seçimi ilə başlayır. İllər öncə keyfiyyətli və istəklərə cavab verən mebel növləri indiki qədər əlçatan deyildi. Çeşid azlığı və əsasən xaricdən gətirilən məhsulların yüksək qiyməti mebeli yeniləmək istəyənləri fikirlərindən döndərirdi. Məhz bu dövrdə “Embawood” yerli bazara əminliklə daxil oldu. İnsanlara gündəlik həyatlarında rahatlığı təmin edən, zövqlərinə uyğun keyfiyyətli, praktik mebel təqdim etmək missiyasını hədəf alan şirkətin bu gün Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
1996-cı ildə “Embawood”, Azərbaycanın ilk yerli mebel markası olaraq Masallıdakı fabriki ilə faəliyyətə başladı. 2000-ci ildə Xırdalan Mebel Fabrikinin fəaliyyətə başlaması ilə Embawood daxili bazarda sözünü deyə biləcək brend adı altında inamla irəliləməyə davam etdi. 2002-ci ildə “Embawood” brendi altında ilk mağaza alıcılara təqdim olundu. Bu gün “Embawood” MMC-nin 5 tanınmış mebel brendi (“Embawood”, “Madeyra”, “Embakitchen”, “Ideal Dizayn”, “Embapanel”) fəaliyyət göstərir.
25 il əvvəl yaranan və ildən-ilə istehsal gücünü artıraraq inkişaf edən ilk yerli mebel şirkətinin bu gün Azərbaycan, eləcə də Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr daxil olmaqla toplamda 7 fabriki fəaliyyət göstərir. Sözügedən xarici ölkələrdə həmçinin “Embawood” və “Madeyra” brend mağazaları mövcuddur. Hazırda şirkətə məxsus fabriklərdə Almaniya və İtaliyadan avadanlıqlar, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan aparıcı brendlərə məxsus müxtəlif növ xammaldan istifadə olunur.
İşində daim yenilikçi olan “Embawood” müştərilərin rahat seçim imkanlarını təmin etmək məqsədilə yenilənmiş veb-saytların üzərindən onlayn satış xidməti, görüntülü məsləhətçi, sosial şəbəkələr üzərindən müştəriyə dəstək xidmətlərini təqdim edir. Müştəri məmnuniyyəti missiyasını əsas tutan şirkətimizdə qaynar xətt və Satış Sonrası Xidmət vasitəsilə müştəridə yarana biləcək bütün sualların cavablandırılması, əldə olunan məhsullara 2 il zəmanət çərçivəsində baş verəcək çətinliklərin aradan qaldırılması operativ şəkildə həyata keçirilir. Bütün bu mərhələlər illər öncə formalaşan keyfiyyət zəncirinin vacib hissələridir.
Dəyişən dövrdə daim hərəkətdə olmaq, texnoloji inkişaf trendləri ilə ayaqlaşmaq, dayanmadan ən yaxşısı üçün çalışmaq – “Embawood” şirkətinin həmişə prioritet məqsədləri olmuşdur. Müştərilərinin tələbini nəzərə alaraq, rəqəmsal texnologiyalardan istifadə edərək, eyni zamanda mövcud trendləri əsas götürərək “Embawood” dizayner qrupu yeni funksional mebel modelləri və evlərinizin rahatlığı üçün lazımi praktik həllər üzərində mütəmadi olaraq çalışır. Hər evin, hər ailənin bir parçası olmaq arzusu ilə fəaliyyətinə davam edən ilk milli mebel brendi – “Embawood” hər zaman müştərilərinin qayğısındadır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button