İdman
Elxan Məmmədov: “AFFA-da növbədənkənar hesabat-seçki konfransı keçirilməyəcək”

AFFA-da növbədənkənar hesabat-seçki konfransının keçirilməyəcək.
Bu barədə məlumatı apasport.az saytına qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov verib.
- Rusiya yığmaları və klubları beynəlxalq yarışlardan kənarlaşdırılıb
- Azərbaycan kuboku: Bombardirlər siyahısında dəyişiklik olub
- Xavi “Barselona”nın hədəfini açıqlayıb
O bildirib ki, assosiasiyanın prezidenti Rövnəq Abdullayevin SOCAR-dan ayrılması AFFA-da növbədənkənar hesabat-seçki konfransının keçirilməsinə səbəb olmayacaq: “Bizdə bu ilin əvvəlində hesabat konfransı olub, müvafiq qaydada hesabatlar ictimaiyyətə təqdim edilib. Heç bir konfrans gözlənilmir”.
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ilin martında AFFA-nın prezidenti seçilib. 2012-ci, 2016-cı və 2020-ci illərdə də bu vəzifəyə seçilən funksionerin səlahiyyət müddəti 2024-cü ildə başa çatacaq. O, fevralın 10-da SOCAR-ın prezidenti vəzifəsindən azad olunub.