Siyasət

Eldar Quliyev Ermənistanın işğalçı siyasəti barədə çağırış etdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu gün öz işini davam etdirdi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun baş katibi Eldar Quliyev Ermənistan nümayəndə heyətinin toplantıya qatılmamasına diqqət çəkdi: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyirik. Baş Assambleyanın sessiyası İrəvanda keçirilmişdi, biz orada iştirak edirdik. Amma biz burada erməni nümayəndələrini görmürük”. Nümayəndə heyətinin rəhbəri Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun məsələsindən də bəhs etdi: “Erməni separatçıları işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürüb. Bütün bunlar göstərir ki, ermənilər qeyri-konstruktiv mövqedədirlər”. E.Quliyev ardınca qeyd etdi ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq Azərbaycan itkilərə məruz qalır: “Bu yaxınlarda iki hərbiçimiz şəhid olub. Onlardan biri mayor, o biri isə əsgər olub. Təəssüflər olsun ki, Ermənistanın müdafiə naziri həmin erməni hərbçiləri mükafatlandırıb. Bizim parlament və digər səviyyələrdə apardığımız səylər nəticəsini vermir. Bizim vətəndaşlarımızın hüquqları bu gün də ermənilər tərəfindən pozulur”.

Baş katib Azərbaycanın sülh tərəfdarı olduğunu vurğuladı: “Zəruri halda Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Belə olan halda, iki xalqın birlikdə yaşaması mümkün olar. Biz buna hazırıq”.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Cemal Öztürk öz növbəsində E.Quliyevin fikirləri ilə razı olduğunu bildirdi.

Digər çıxışlar dinlənildikdən sonra sessiya öz işini yekunlaşdırdı.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında iştirak etmək üçün Bakıya gəlmiş

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq dayandıraraq təcili şəkildə ölkəsinə dönüb. Buna səbəb Tiflisdə yaranmış qeyri-stabil vəziyyət və spikerin istefasının tələb olunmasıdır. (musavat)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button