Ekspert rəyi

“Elə məlumatlar var ki, hər kəs üçün açıq olmalıdır”

Nə üçün informasiyalar açıq olmalıdır? Çünki insanlarda informasiyalara tələbat mövcuddur. Daha dəqiqi bu gün cəmiyyətlərdə informasiyalarla bağlı təxirə salınmaz sosial tələbat mövcuddur. Həmin tələbatın nəticəsi olaraq qanun bizə hansı informasiyaları məhz cəmiyyət üçün açıq olduğunu diktə edir. Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri doktoru Səyyad Məcidli ilə müsahibə məhz informasiya açıqlığına, vətəndaşalrın məlumat almaq və dövlətin bu sahədəki vəzifələrinə həsr olunub.

 

-Hansı məlumatlar açıq məlumatlar sayılır və dövlət orqanları hansı məlumatları ictimaiyyətə açıqlayır?

-İnformasiya mədəniyyəti, informasiya əldə etmə qabiliyyəti və informasiya açıqlığı bu günkü demokratik cəmiyyətlərin təməl prinsiplərindən biridir.

İnformasiya açıqlığından, informasiya əldə olunmasından danışanda, hansı informasiyaların məhdud olduğunu bilməliyik. Bu zaman məlum olur ki, əslində açıq informasiyaların dairəsi kifayət genişdir. O dərəcədə ki, biz həmin informasilara barədə rahat şəkildə danışa bilərik.

Təbii ki, Azərbaycan qanunvericiliyində bu məsələlərlə bağlı kifayət qədər mühüm, detallı müddəalət təsbit olunub. Həmin müddəların reallaşması istiqamətində həm dövlət, həm cəmiyyət, həm vətəndaş cəmiyyəti, həm də media tərəfindən çox mühüm addımlar atılır.

Nə üçün informasiyalar açıq olmalıdır? Çünki insanlarda informasiyalara tələbat mövcuddur. Daha dəqiqi bu gün cəmiyyətlərdə informasiyalarla bağlı təxirə salınmaz sosial tələbat mövcuddur. Həmin tələbatın nəticəsi olaraq qanun bizə hansı informasiyaları məhz cəmiyyət üçün açıq olduğunu diktə edir. “İnformasiya əldə etmə haqqında” Qanunun 29-cu maddəsində buna aydınlıq gətirlir və əsaslandırılır. 2005-ci ildə qəbul olunmasına baxmayaraq bu qanun ən işlək qanunlardan biridir.

Qanunun 29-cu maddəsi bilavasitə vəzifə kimi müəyyənləşdirir ki, informasiya sahibi, daha çox dövlət orqanları, publik hüquqi şəxslər və digər şəxslər cəmiyət üçün maraq kəsb edən məlumatları öz resurslarında yerləşdirməlidirlər. Cəmiyyətin maraqlarını daha asan və operativ şəkildə təmi etməkdən ötrü mütləq şəkildə bu informasiyalar açıqlanmalıdır. Bəs söhbət hansı məlumatlardan gedir? İlk növbədə hər bir dövlət orqanına aid olan bütün ümumiləşdirilmiş statistik məlumatlar açıqlanmalıdır. O cümlədən cinayətlərin, inzibati xətaların statistikası. Bunlar cəmiyyət üçün açıq olan informasiylardır.

İkincisi, müasir cəmiyyətlər üçün büdcə proqnozları açıqlanmalıdır. Bu şəffaflıq baxımından çox mühümdür. Yəni, cəmiyyətin, insanların öz dövlətinin, dövlət orqanının büdcə məsələləri ilə tanış olmasına əl çatanlılıq təmin olunmalıdır.

Digər tərəfdən, insanlar dövlət orqanlarının fəaliyyəti ilə ciddi şəkildə maraqlanırlar. Ona görə də qurumların struktur bölmələri və vəzifləi şəxsləri haqqında məumatlar açıq olmalıdır. Nazir, nazir müavinləri, hətta şöbə rəsiləri haqqında lazım olan bütün informasiyalar açıq olmalıdır. Onlara əl çatımlılığı təmin etmək üçün email ünvanları və iş telefonları cəmiyyətə açıq olmalıdır.

Bələdiyyə institutları ilə bağlı informasiyalar, onların, dövlət orqanlarının barəsində hazırlanan hesabatlar da açıq olmalıdır. Çünki insanlar yaşadığı ərazidə fəaliyyət göstərən dövlət orqanları haqqında məlumatları daha çox hesabatlılıq formasında dinləmək istəyir.

Qanunverciilk də bilavasitə dövlət qurumunun üzərinə belə bir vəzifə qoyub ki, özlərinin fəaliyyəti barədə hesabatlar açıqlasın.

Eyni zamanda dövlət satınalamları ilə bağlı məlumatlar açıq formada olmalıdır. İnsanlar bu məlumatları rahat şəkildə etməlidir.

Qanunvericiliyə görə normativ hüquqi aktlar açıq olmalı, hətta onlar təsdiqlənməyə göndərilməmişdən əvvəl ictimai müzakirəyə çıxarılmalıdır.

Hansısa mühüm publik, ictimai rəyi özündə cəmləşdirən bir məsələni müzakirəyə çıxarmaqla cəmiyyətin mövqeyi nəzərə alınmalıdır. Qanun o vaxt qanun olur ki, cəmiyətin kaloriti orada öz əksinin tapır.

Cəmiyyət də o informasiya əldə edəndə qanuna qatqı verə bilər.

Açıq informasiyalar kateqoriyasına ətraf mühitin vəziyyəti ilə bağlı məlumatlar da daxildir. Bu, müasir dönəmdə çox mühüm məsələlərdən biridir.

Digər məsələlərdən biri də dövlət orqanlarının qəbul etdiyi əmrlər, sərəncamlar və qərarlardı. Bunlar da mühüm əhəmiyyət kəsb edir. Qanunvericilik bu aktlar qüvvəyə mindiyi gündən sayta yerlədirməyi tələb edir.

-Sadə vətəndaşların özlərinəmaraqlı olan məlumatı əldə etməsi istiqamətində hansı hüquqları var?

– Elə məlumatlar var ki, hər kəs üçün açıq olmalıdır. Yəni, istər sadə vətəndaşlar, istərsə də, hüquqi şəxslər olsun.

Qanunvericilik həmin məlumatların hamı üçün açıq olmasını bəyan edir. İnformsiya açıqlığının ən mühüm mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin informasiya tətələbatı məhz onun açıqlığı ilə təmin edilsin.

Məsələn, elə bir dövlət qurumu olar ki, onun barəsində məlumat əldə etmək istəyirəm. Bu zaman həmin qurumun informasiya ehtiyatlarına daxil oluram və mənə lazım olan məlumatları tapa bilmirəm. Ola bilər ki, həmin resursda mənə lazım olan məlumatlar yerləşdirilib. Amma onu tapmaq, əldə etmək mümkün olmur, yaxud da çətinliklə mümkün olur. Qanunvericilik tələb edir ki, açıq informasiyalar rahat şəkildə əldə edilməlidir. Yəni, məlumatlar vətəndaşa yaxın olmalıdır.

Məsələn, Ədliyyə Nazirliyinin saytında xüsusi bölmə var. Açıq məlumatlar bölməsi. Həmin bölmədə qurum barədə və lazım olan digər informasiyalar yerləşdirilib. Artıq vətəndaş bilir ki, Ədliyyə Nazirliyinin saytına daxil olduqda məlumatları həmin bölmədən əldə edə bilər.

-Bəzi hallarda dövlət qurumları onlara göndərilən informasiya sorğularının fiziki formada təqdim edilməsini istəyir. Bunun qanuni əsası varmı?

– Qətiyyən. Birincisi, qanunvericilkdə nəzərdə tutulur ki, vətəndaş ona lazım olan informasiyanı əldə etmək üsullarını özü seçə bilər. Yəni, vətəndaş istəyirsə suallarını şifahi verə, istərsə də yazılı formada təqdim edə bilər. Qanunvericlik bununla bağlı hər hansı baryer yaratmır. Vətəndaşa hansı formada asandırsa, o formada da ona lazım olan informasiyanı əldə edə bilər. Dövlət orqanının da vəzifəsidir ki, vətəndaşa daha asan formada informasiya əldə etməyinə şərait yaratsın. Vətəndaş əgər informasiya sorğusu göndərirsə, ona həmin formada, şifahi formada informasiya əldə etmək istəyirsə, şifahi formada cavab verilməlidir.

-Vətəndaş dövlət şirkətlərindən də informasiya əldə etmək üçün sorğu göndərə bilərmi?

-Ümumiyyətlə, dövlətin nəzdində olan bütün şirkətlərə müraciət edilə bilər. Həmin dövlət şirkətinin büdcəsi, proqramı haqında məlumatları təqdim edə bilər. Əlbəttə ki, əgər həmin məlumatlar təhlükəsizliyə zidd deyilsə. Belə tədbirlərin əhəmiyyəti ondadır ki, həm vətəndaşlar hansı informasiyaları əldə etmək haqqında məlumatlandırılır, həm də vəzifəli şəxslər bilir ki, hansı məlumatları vətəndaşa təqdim edilə bilər.

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Güzəran”  Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “KİV-də “Açıq hökumət” islahatları” layihəs çərçivəsində hazırlanıb və dərc edilib.

İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button