Dünya

Ekvadorda 118 nəfərin həlak olduğu həbsxanada genişmiqyaslı əməliyyat keçirilib

Ekvadorun təhlükəsizlik qüvvələri ölkə həbsxanalarından birində qruplaşmalar arasında baş vermiş və 118 nəfərin ölümü ilə nəticələnən toqquşmalardan sonra cəzaçəkmə müəssisəsində iri miqyaslı əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə yerli KİV bildirib. Məlumata görə, Quayakil (Quayas əyaləti) şəhərindəki Litoral həbsxanasında atəş səsləri eşidilib. Həmçinin həbsxananın ərazisinə tank girib.
Tüstü bombaları ilə həbsxanaya girmiş xüsusi təyinatlı dəstə ilə həbsxanadakı qruplaşma üzvləri arasında baş verən toqquşmada bir polis əməkdaşı və bir məhbus xəsarət alıb.
Tibbi Məhkəmə Milli Xidmətinin açıqlamasında qeyd edilir ki, həlak olan 118 nəfərdən 41-nin şəxsiyyətini müəyyən etmək mümkün olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button