Mədəniyyət

“Ekspo 2020” dünya sərgisində “Dostluq” xalçasının təqdimatı olub

Dünən Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.

APA-nın xəbərinə görə, ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Azərbaycanın əməkdar rəssamı Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşidinin hazırlanması, xalçanın özünün toxunması və emalı 7 ay çəkib.

Qeyd edək ki, xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button