Gündəm

“Ekolizinq”lə vətəndaş arasındalı anlaşılmazlığa son qoyulub

“Ekolizinq” MMC ilə aramızdakı anlaşılmazlığa son qoyulub”. Bu sözləri bir müddət əvvəl “Ekolizinq” MMC ilə borc qalmaqalı yaşayan Bakı sakini Mehdi Muradov deyib.

Onun sözlərinə görə, məsələni ictimailəşdirəndən və müvafiq qurumlara müraciət etdikdən sonra “Ekolizinq” MMC-nin rəhbərliyi araşdırma aparıb. “Mən krediti vaxtlı-vaxtında ödəsəm də, “Ekolizinq” MMC mənə əlavə borc yazmışdı. Mənim müraciətlərimdən sonra bütün ödənişlərə yenidən baxılıb, məsələ detallı araşdırılıb və məlum olub ki, borcum yoxdur. Yəni, baş verənlər sadəcə anlaşılmazlıq olub. Həmin əlavə borc artıq silinib və yeni ödəniş qrafiki tərtib olunub. Artıq şirkətdən hər hansı şikayətim yoxdur”, – deyə Mehdi Muradov bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button