İqtisadiyyat

EIA OPEC-in 2022-ci il üçün neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb.
“APA-Ecocomics”in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,37 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,05 mln. barel azdır.
Proqnoza görə, gələn il bu göstəricinin 28,36 mln. barel olacağı ehtimal edilir (ötən proqnoz 28,34 mln. barel).
EIA-in hesablamalarına görə, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button