İqtisadiyyat

EIA neft qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-2022-ci illər üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib.
“APA-Economics”in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 71,38 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 2,77 dollar çoxdur.
EIA-in proqnozuna əsasən, 2022-ci ildə “Brent” neftinin qiyməti 71,91 dollar səviyyəsində olacağı gözlənilir, bu da sentyabrda verilən proqnoz göstəricisindən 5,87 dollar çoxdur.
EIA-in hesablamalarına görə, ötən il “Brent” markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.
Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 68,48 dollar (ötən proqnoza əsasən 65,69 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 68,24 dollara çatacağı gözlənilir (öncəki proqnoza görə 62,37 dollara bərabərdir).
Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button