İqtisadiyyat

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.
“APA-Economics”in EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (avqust ayında verilib – red.) 20 min barel çoxdur.
Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 800 min barel təşkil edəcək. Bu, avqustda verilən proqnozla müqayisədə 20 min barel çoxdur.
EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button