İqtisadiyyat

EIA 2021-ci il üçün neft qiymətləri üzrə proqnozunu azaldıb  

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-ci il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb.
“APA-Economics”in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 68,61 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 0,1 dollar azdır.
EIA-in proqnozuna əsasən, 2022-ci ildə “Brent” neftinin qiyməti 66,04 dollar səviyyəsində olacağı gözlənilir (avqustda verilən proqnoz göstəricisinə bərabərdir).
EIA-in hesablamalarına görə, ötən il “Brent” markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.
Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 65,69 dollar (ötən proqnoza əsasən 65,93 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 62,37 dollara çatacağı gözlənilir (öncəki proqnoza bərabərdir).
Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button