Dünya

Efiopiyada üsyançılar 100-dən çox mülki şəxsi öldürüb

Efiopiyanın Amhara bölgəsindəki Tiqray Xalq Qurtuluş Cəbhəsi 100-dən çox mülki şəxsi qətlə yetirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Fana” radiostansiyası məlumat yayıb.
Üsyançıların uşaqlar və qocalar da daxil olmaqla 100-dən çox mülki şəxsi öldürdüyü qeyd olunur.
Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançılar 2020-ci ilin noyabrında Efiopiyanın şimalına hücum etdikdən sonra baş nazir Abiy Əhməd onlara qarşı hərbi hərəkat qərarı verib. Tərəflər arasında döyüşlər zamanı bir milyondan çox adam yerindən-yurdundan olub. Qarşıdurmalar hələ davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button