Dünya

Efiopiya ordusu silahlılar tərəfindən tutulduğu deyilən şəhərə nəzarəti davam etdirir

Efiopiya federal qoşunları ölkənin şimalındakı strateji əhəmiyyətli Dessa şəhərinə nəzarəti davam etdirir.
“Report” xəbər verir ki, bu barədə Efiopiya hökumətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Leqes Tulu “Reuters” agentliyinə bildirib.
Onun sözlərinə görə, Tıqray üsyançılarının Dessanı tutması uydurma təbliğatdır.
Qeyd edək ki, bundan əvvəl “France Press” Tıqray Xalq Qurtuluş Cəbhəsinin silahlılarının Amhara bölgəsinin Tıqrayla sərhəddə yerləşən Dessa şəhərinə daxil olduğu barədə məlumat yayıb.
18:49
Efiopiyada Tıqray Xalq Qurtuluş Cəbhəsinin silahlıları Amhara bölgəsinin Tıqrayla sərhəddə yerləşən strateji əhəmiyyətli Dessa şəhərinə daxil olublar.
“Report” xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.
Hökumət ölkədəki siyasi və hərbi gərginliklə əlaqədar televiziya yayımını dayandırıb.
Qeyd edək ki, Şimali Efiopiya 2020-ci ilin noyabrından münaqişənin episentrindədir. Efiopiya hakimiyyəti Tıqray Xalq Qurtuluş Cəbhəsini hərbi bazaya hücumda günahlandırıb və Tıqrayda əməliyyata başlayıb. Hökumət qüvvələrinə qonşu Eritreya dəstək verib. 2021-ci ilin yazında Efiopiya hakimiyyəti Eritreyanın qoşunlarını Tıqraydan çıxardığını elan edib.
İyun ayında isə Tıqraydakı üsyançılar bölgənin inzibati mərkəzi olan Mekele şəhərini ələ keçiriblər və Efiopiya hökuməti qeyd-şərtsiz atəşkəs elan edib. Üsyançılar daha sonra yenidən hücuma keçərək Tıqrayın cənubunun çox hissəsinə nəzarəti ələ alıblar.
Oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tıqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button