Dünya

Efiopiya BMT əməkdaşlarına ölkəni tərk etmək üçün üç gün vaxt verib

Efiopiya hökuməti BMT-nin yeddi şəxsini arzuolunmaz şəxslər siyahısına salıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Sözügedən şəxslərə 72 saat ərzində Efiopiya ərazisini tərk etmələri barədə məktublar daxil olub. Onlar ölkənin daxili işlərinə qarışıblar”, – Nazirlik bəyan edib.
Siyahıya BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi, İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) monitorinq qrupunun rəhbəri və Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) əməkdaşları daxildir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button