İdman

Eddi İsrafilov: “Əla kluba qoşulduğum üçün çox xoşbəxtəm”

“İlk olaraq, keçirdiyim aylara görə İspaniyanın “Luqo” klubuna minnətdaram”.

Bu fikirləri “Neftçi”nin yeni transferi Eddi İsrafilov şəxsi instaqram hesabında yazıb.

30 yaşlı yarımmüdafiəçi bu keçidədək baxışda olduğu İspaniya təmsilçisinə təşəkkür edib: “Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm”.

İsrafilov yeni komandaya transferini isə belə dəyərləndirib: “İkincisi, “Neftçi” kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, Eddi İsrafilov “ağ-qaralar”la 2,5 illik müqavilə imzalayıb. O, iyunda İspaniya “Albasete”sindən ayrıldıqdan sonra klubsuz qalıb və “Luqo”da məşqlərə çıxıb.

2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button