Dünya

ECOWAS Qvineyanın təşkilata üzvlüyünü dayandırır

Qvineyada baş verən hərbi çevrilişlə əlaqədar ölkənin Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzvlüyü dayandırılıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” ECOWAS-ın təcili sammitinin qərarına əsaslanaraq məlumat yayıb.
Qeyd edək ki, ECOWAS Qərbi Afrika ölkələrinin regional ittifaqıdır. Təşkilata Qvineya ilə birgə 15 ölkə daxildir.
Xatırladaq ki, sentyabrın 5-də Qvineyada hakimiyyəti ələ keçirən ordu ölkə prezident Alfa Kondeni saxlayıb. Bunun ardınca hərbçilər ölkə konstitusiyasının dayandırıldığını və parlamentin buraxıldığını elan ediblər. Dövlət çevrilişini həyata keçirən hərbçilərə əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button