Cəmiyyət

DYP sürücülərə müraciət edib |

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, hazırda vətəndaşların II Şəhidlər xiyabanına axını davam edir.
“Polis əməkdaşları həmin ərazilərdə yolları tənzimləyir. Lakin buna baxmayaraq, sıxlıq çoxdur. Xahiş edirik ki, şəxsi nəqliyyat vasitələrindən istifadə edən şəxslər bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və istiqaməti dəyişsinlər. II Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxslər həmin əraziyə yaxın yerlərdə nəqliyyat vasitələrini saxlamaqla piyada hərəkət etsinlər” – o vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button