Cəmiyyət

DYP: “Bakıda polis xidmətini gücləndirilmiş qaydada davam etdirir”

“Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq paytaxt ərazisində polis xidmətini gücləndirilmiş qaydada davam etdirir”.
Bunu “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
“Bu cür proseslər tədris dövründə də tərəfimizdən davam etdiriləcək. Hazırda Daxili İşlər Nazirliyinin elan etdiyi “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi ilə bağlı məktəblərdə maarifləndirmə işləri aparılır. Tərəfimizdən təhsil ocaqlarında posterlər asılır”, – o vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button