Mədəniyyət

Dünyanın məşhur fotoqrafları Şuşaya səfər edəcək

Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə, Muzey və qalareyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva, layihənin kuratoru Angelo Bucarelli iştirak edib.

Şöbə müdiri Nərgiz Abdullayeva bildirib ki, layihə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq:

“Layihədə dünyanın ən məşhur fotoqrafları iştirak edəcək. Fotoqraflar Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadandır. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə birgə təşkil edilib. Layihəyə aprelin sonu, mayın əvvəli start veriləcək. Fotoqraf Şuşada bir neçə gün qalacaq və məkana ekskursiya təşkil ediləcək. Həmin fotoların dünya sərgilərində nümayişi gözlənir. Məqsədimiz Şuşanın təbliğidir”.

Şöbə müdiri həmçinin qeyd edib ki, fotoqrafiya ilə peşəkar məşğul olan yerli fotoqraflar üçün xarici mütəxəssislərlə birgə işləmək şansı yaranacaq:

“Mütəxəssislər onlara təlim keçəcək və bu sahə ilə bağlı öz təcrübələrini bölüşəcəklər”.

Angelo Bucarelli bildirib ki, layihə vasitəsilə Azərbaycan mədəni irsi dünyada daha yaxşı tanınacaq:

“Fotoqraflar müxtəlif ölkələrdən ölduğu üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər sezon üçün 30-40 keyfiyyətli fotolar seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək. Daha sonra Bakıdan başlayaraq və dünyanın bir çox ölkələrində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması planlaşdırılır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button