İqtisadiyyat

Dünyanın ən dəqiq aviaşirkətləri açıqlanıb

“Cirium” nüfuzlu konsaltinq agentliyi dünyanın ən dəqiq uzun məsafəli uçuşlar yerinə yetirən aviaşirkətlərini açıqlayıb.
“APA-Economics”in “Exo Moskvı” radiostansiyasına istinadən verdiyi məlumata görə, siyahının lideri Rusiyanın “Aeroflot” aviaşirkəti olub. Bu şirkət demək olar ki, cədvəl üzrə uçuşlarının 95%-ni yerinə yetirib, reyslərin 92%-i vaxtında həyata keçirilib (fərq təyyarənin bəzən aviaşirkətin günahı olmadan, məsələn, güclü külək səbəbindən gecikməsi ilə izah olunur. qəbul edən hava limanında sıxlıq). Agentliyin metodologiyasına görə, 15 dəqiqədən çox gecikmə artıq yubanma sayılır.
Siyahının ilk beşliyinə Argentinanın “LATAM Airlines”, ABŞ-ın “American Delta”, Fransanın “Air France” və Almaniyanın “Lufthansa” aviaşirkətləri daxil olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button