İqtisadiyyat

Dünyanın ən zəngin 25 ailəsinin sərvəti il ərzində 312 mlrd. dollar artıb

Dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti birjalarda artım və likvidliyin əlçatanlığı sayəsində son bir ildə 312 mlrd. ABŞ dolları və ya 22% artaraq 1,7 trln. dollara yüksəlib.
Bu barədə “APA-Economics” “Bloomberg Billionaires” reytinqinə istinadən xəbər verir.
Sözügedən reytinqə ardıcıl olaraq artıq dördüncü il ABŞ-ın ən böyük supermarketlər şəbəkəsi “Walmart Inc”in təxminən yarısına sahib olan Uolton (Walton) ailəsi liderlik edir. Uoltonların sərvəti keçən ilin avqust ayından bu yana 23 mlrd. dollar artaraq 238,2 mlrd. dollara çatıb, halbuki fevral ayından etibarən ailə “Walmart”ın 6 mlrd. dollar dəyərində səhmlərini satıb.
Reytinqin ikinci pilləsində, hazırda həmçinin heyvan yemləri istehsal edən şirniyyat istehsalçısı “Mars”ın qurucusunun ailəsi yer alıb. Mars ailəsinin sərvəti avqustun sonunda 141,9 mlrd. dollara bərabər idi.
Siyahının üçüncü yerinə 124,4 mlrd. dollarlıq sərvətlə “Koch Industries” sənaye konqlomeratını təsis edən ailə layiq görülüb, dördüncü isə bir il ərzində sərvəti 75% artan “Hermes” moda evinin sahibi olan Erme ailəsidir. Bu ailənin sərvəti 111,6 mlrd. dollara çatıb.
Sonrakı yerlərə sərvəti 100 mlrd. dollar olan Səudiyyə Ərəbistanı kral ailəsi və Hindistanın “Reliance Industries” konqlomeratının sahibi Ambani ailəsi (93,7 mlrd. dollar) layiq görülüb.
Cənubi Koreyanın “Samsung” şirkətinin qurucusunun oğlu Li Kun Hi (Lee Kun-hei) ölümündən sonra 11 mlrd. dollarlıq miras vergisi ödədikdən sonra sözügedən şirkəti təsis edən ailə dünyanın ən zəngin 25 ailəsi siyahısını tərk edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button