Mədəniyyət

Dünyanın ən populyar istedad axtarışı şousu Azərbaycanda da keçiriləcək

“Xəzər” Media Mərkəzindən APA-ya verilən məlumata görə, layihə Mərkəzi Asiyadakı istedadların yolunu yenidən açır. İkinci mövsümdə bu şouya ilk dəfə olaraq Azərbaycan da qoşulur.

“Central Asia’s Got Talent” şousunun seçimi beş ölkədə – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.

Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.

Münsiflər heyətinin tərkibində bir azərbaycanlı məşhur da olacaq. Onun kim olduğu noyabr ayının 25-də “Xəzər” Media Mərkəzində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Azərbaycan üzrə seçim turları noyabrın 24-ü başlayır. Yaş məhdudiyyəti yoxdur. Kastinq iki gün noyabrın 24-25-də saat 10:00-dan 17:00-dək Bakıda, “Xəzər” TV-də keçiriləcək. İştirak üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması tələb olunur.

Qeyd edək ki, “Central Asia’s Got Talent” şousu 2019-cu ildən fəaliyyətə başlayıb.

İlk qalibi Tacikistanı təmsil edən 22 yaşlı ifaçı Çorşonba Alovatov olub. 5 ölkəni əhatə edən bu şouda istənilən yaşda olan şəxslər öz bacarıqlarını nümayiş etdirə bilərlər. Layihə Simon Covel tərəfindən əsası qoyulmuş “America’s got talent” və “Britian’s got talent” şoularının əsasında yaradılıb.

Yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button