Dünya

Dünyada koronavirusa yoluxanların sayı 509 milyonu keçib

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 509 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 509 200 543 nəfərə çatıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 217 054 nəfər COVID-19-dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Almaniya, Böyük Britaniya və Fransa ilk yerləri bölüşür. Belə ki, bu ölkələrdə virusa iyirmi milyondan çox yoluxma qeydə alınıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button