Cəmiyyət

Dünyada koronavirusa yoluxanların sayı 244 milyonu keçib

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.
“Report” “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada son sutkada koronavirus (COVID-19) infeksiyasına 371 424 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 849 nəfər vəfat edib.
İndiyədək dünyada ümumilikdə 244 085 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 958 907 nəfərə çatıb. Virusa yoluxan 221 152 718 pasiyentin isə həyatını xilas etmək olub.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya və Böyük Britaniya qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button