Mədəniyyət
Dünyaca məşhur kamança ustası Bakıda konsert verəcək

Dünyaca məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.
Kamança ustası Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
İyunun 19-da keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsində baş tutacaq.
Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.