İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Oktyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,98% – 34,754.94 bəndədək, S&P 500 indeksi 0,83% – 4,399.76 bəndədək, Nasdaq indeksi isə 1,05% – 14,654.02 bəndədək yüksəlib.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 7-də FTSE 100 indeksi 1,17% – 7,078.04 bəndədək, Fransanın CAC-40 indeksi 1,65% – 6,600.19 bəndədək, Almaniyanın DAX indeksi isə 1,85% – 15,250.86 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,11% azalaraq 1 757,30 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1,1550 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button