İdman

Dünya çempionu Herd Müller vəfat edib

Futbol üzrə dünya və Avropa çempionu olan və ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.
APA bildirir ki, bu barədə “Bayern Münhen” in mətbuat xidməti “Twitter” səhifəsində yazıb.
O, 3 noyabr 1945 -ci ildə Almaniyanın Nördlingen şəhərində anadan olub. 76 yaşında dünyasını dəyişib. Herd Müllerin nədən öldüyü bəlli deyil . Futbolçu Qızıl top və 2 dəfə Qızıl buts laureatı olub.
Qeyd edək ki, 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.
Onu da qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə “Bavariya” klubunun hücumçusu olub, Almaniya millisində oynayıb.
Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button